Narkotiklə şərləndiyini deyən 1-ci qrup əlil Famil Xəlilov dekabrın 3-də ev dustaqlığına buraxılıb. Elə həmin gün hüquq müdafiəçisi Rüfət Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Gürcüstanda dörd gündür etiraz aksiyaları davam edir. Nümayişə çıxanlar hökumətin Avropa İttifaqına inteqrasiyanı dayandırmaq qərarına qarşı etirazlarını bildirirlər. Polis mitinqləri su şırnaqları, gözyaşardıcı qazla dağıdır.
Milli Məclisin deputatı Səyavuş Novruzovun noyabrın 27-də parlamentdə səsləndirdiyi tənqidi fikirlər onun sosial müdafiə naziri Sahil Babayev ilə mübahisə etməsinə səbəb olub.
Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları COP29 sammitindən sonra Azərbaycanda jurnalist və fəallara qarşı təqiblərin davam edəcəyindən narahatlıq bildiriblər. Rəsmi Bakı ölkədə heç kimin siyasi və peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir.
ABŞ-ın "Democracy Now!" xəbər proqramının jurnalisti Emi Qudman COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə Azərbaycanda həbsdə olan jurnalistlər, fəallar və hökumət tənqidçilərinə qarşı repressiyalar barədə sual verib.
Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Hazırda minimum əməkhaqqı 345 manatdır.
BBC noyabrın 8-də yazıb ki, COP29-un baş icraçı direktoru Elnur Soltanov mədən yanacaqları barədə mümkün müqavilələrin müzakirəsinə dair görüş keçirməyi təklif edib. Soltanov həmin təklifi videobağlantı zamanı "Global Witness" təşkilatının özünü sərmayəçi kimi tanıdan əməkdaşına söyləyib.
Bakıda keçirilən COP29 sammitində Əfqanıstandan "Taliban" radikal qruplaşmasının nümayəndələri də qatılıb. Əfqanıstanda hakimiyyətə gəldikdən sonra xüsusilə qadınlara qarşı çox sərt qərarlara imza atan qruplaşmanın Bakıya gəlməsi bir çoxları tərəfindən neqativ qarşılanıb.
Noyabrın 11-dən Azərbaycanda COP29 beynəlxalq iqlim sammiti start götürüb. Sammit ərəfəsində Azərbaycan hökuməti bir sıra beynəlxalq insan haqları təşkilatları və KİV-lər tərəfindən neft-qaz sənayesinə sərmayələri artırmaqda, vətəndaş cəmiyyətinə basqıda ittiham edilib.
Noyabrın 11-də Bakıda BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransı başlanıb. Problemə diqqəti çəkmək üçün Bakı bulvarına balina maketi də yerləşdirilib.
Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər. Ölkə üzrə seçicilər mövqelərində bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir.
İran hakimiyyəti etirazını oxuduğu universitetin həyətində soyunmaqla bildirən xanım tələbəni həbs edib.
Davamı